SON XƏBƏR

120 santimetrlik pişik Ginnesin rekordları kitabına düşə bilər

May 18
18:04 2017
3 yaşlı Omarın çəkisi 14 kilo, uzunluğu isə 120 santimetrdir.
 
Sahibi Stefi Hirst onu 2013-də alanda Omar, bacı qardaşları ilə eyni ölçüdə idi.
 
Lakin Avstraliyanın Melburn şəhərində yaşayan Meyn Kun növünə aid olan pişiyin uzunluğu artıq 120 santimetrə çatıb. O, indi dünyanını ən uzun ev pişiyi ola bilər.
 
Pişiyin sahibi deyir ki, Omar internetdə məhşurlaşdığından sonra Guinness Dünya Rekordları onunla əlaqə saxlayaraq pişiyinin ölçülərini onlara göndərməsini xahiş edib.
 
Hazırkı rekorda İngiltərənin Wakefield şəhərində yaşayan Meyn Kun növlü 118 santimetr uzunluğunda olan bir pişik sahibdir.

Xanım Hirst Omar üçün sosial şəbəkə hesabını 2 həftə əvvəl açıb və onun paylaşdığı şəkillərdən biri Cats of İnstagram (İnstagram-ın pişikləri) hesabında 270 min dəfə paylaşılıb.
 
Xasiyyətcə sakit olan pişik barədə xəbərlər bir neçə mühüm Avstraliya qəzetlərində və milli televiziyada paylaşılıb.

Omar adətən səhər saat 5-də oyanır və bir neçə ovuc pişik yeməyi yedikdən sonra evdə oturur, bağda oyanır və ya trambolinin üstündə yatır.

Nahar üçün o, çiy kenquru əti yeyir.
 

 
"Biz insanların yeməyi üçün hazırlanmış kenquru ətini supermarketdən alırıq", xanım Hirst deyib.
 
"Bu, onun yemək istədiyi yeganə ətdir ki, biz tapa bilmişik", o, əlavə edib.
 
Nəhəng pişik tüklərini evdə hər yerə yayıb.

Xanım Hirst 14 kiloluq Omarı hər dəfə qaldırmağa gücü çatmadığına görə, o, onu veterinara araba ilə aparır.
 
"Yataqda çox yer tutduğu üçün gecələr yataq otağının qapısını bağlayıram", xanım Hirst deyib.
 
Omar evdə qapıları, qarderobları və şkafların qapılarını açmağı öyrənib.
 
Ginnesin rekordlar kitabı yeni rekord üçün məlumatı aldıqdan sonra cavab yazmağı 12 həftəyədək çəkə bilər (BBC).



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook