SON XƏBƏR

100 milyonu “yeyib“, Azərbaycana qaçan Riyad Qafarov kimdir?

Yanvar 17
19:21 2017
Rusiyada artıq bir neçə ildir ki, Uzaq Şimalda aeroportların inkişafı üçün ayrılan 100 milyon rublun oğurlanması hadisəsilə bağlı cinayət işinin istintaqı davam edir

Virtualaz.org xəbər verir ki, "Şimal Aeroportları" şirkətinin keçmiş icraçı direktoru, hazırda həbsə olan Pavel Xalin bu iş üzrə əsas fiqurlardan biri hesab olunur. Amma Pavel Xalin öz həbsini siyasi motivlərlə bağlayır və bu cinayətdə özünü təqsirkar saymır.

Keçmiş məmurun fikrincə, aeroportların inkişafına ayırılmış milyonlarla rubl pulu cinayət işinin qaldırılmasından dərhal sonra Azərbaycana qaçan Riyad Qafarov mənimsəyib. Onun sözlərinə görə, əlbəttə, işsiz Riyad Qafarov bu fırıldağı təkbaşına təşkil edə bilməzdi. Xalinin fikrincə, onun arxasında Federal Kosmik Proqramın icraçı direktorunun müavini Viktor Tsoy durur.

Tsoy həmçinin aeroportun yenidən qurmasına podratçıları seçməli olan müsabiqə proqramının sədri idi. Riyad Qafarova gəlincə isə, o, sonradan yüksək vəzifəli məmurun kürəkəni olub.

Pavel Xalinin sözlərinə görə, "Qazstroyservis" şirkətinin bir əməkdaşı A. Kotikova şirkətin hesabından 60 milyon rubl çıxararaq onları Riyad Qafarova verib. O, bu pula mülk alıb ki, müstəntiqlər bu işlə maraqlanana qədər həmin mülkü satmağa imkan tapıb.

Keçmiş icraçı direktor iddia edir ki, pulu götürüb qaçan R. Qafarovun gizləndiyi Azərbaycanda bir neçə belə mülkü var. Bakıda Qafarov mümkün qədər gözə çarpmamağa və Rusiya xüsusi xidmət orqanlarından gizlənməyə çalışır.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook